UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yarımfinala vəsiqə qazanan ilk komandadır
UEFA Çempionlar Liqasının ilk yarımfinalçısı “Atletiko Madrid” komandası olub. İlk oyunda Madriddə minimal hesabla qalib gələn “Atletiko” komandası İngiltərədə “Lester Siti” ilə matçda 1:1 hesablı heç-heçə edərək adını yarımfinala yazdırıb.

Oyunda hesab matçın 26-cı dəqiqəsində açılıb. Madridlilərin heyətində Saul Niguez dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb. İlk hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində oyunda dönüş yaratmaq istəyən “Lester Siti” 61-ci dəqiqədə hesabı bərabərləşdirib. Komandanın ulduz futbolçusu Ceymi Vardi adını tabloya yazdırıb.

Qalan dəqiqələrdə qapılara top vurulmayıb və iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə qalib gələn “Atletiko Madrid” komandası UEFA Çempionlar Liqasının ilk yarımfinalçısı olub.

Xatırladaq ki, “Atletiko” komandası ötən il UEFA Çempionlar Liqasının finalında əzəli rəqibi “Real”a məğlub olmuşdu.

Xəbər 607 dəfə oxundu.