Stend atıcılığı üzrə açıq Bakı çempionatına yekun vurulub
Stend Atıcılığı İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən kişilər və qadınlar arasında stend atıcılığı üzrə açıq Bakı çempionatına yekun vurulub.

Yarış dairəvi və səngər stendi üzrə keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qadınların mübarizəsində hər iki növ üzrə Rigina Mehtaxetdinova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin yarışında Niyaz Ağazadə və Əli Hüseynli qızıl medala sahib olublar.

Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1090 dəfə oxundu.