FHN-in İdman-sağlamlıq klubunun üzvü beynəlxalq turnirdə qızıl medal qazanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun üzvü sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnirdə qızıl medal qazanıb.

Çempionatda Ələsgər Məmmədəliyev (54 kq) bütün rəqiblərin üstələyərək turnirin qalibi olub. İdmançını turnirə məşqçi Saypulla Absaidov hazırlayıb.

FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev Ə.Məhəmmədəliyev ilə görüşərək ona təbriklərini çatdırıb, qiymətli hədiyyələr təqdim edib.

Turnirdə 11 komandanın heyətində 100-dək idmançı səkkiz çəki dərəcəsində mübarizə aparıb.

Xəbər 692 dəfə oxundu.