Yeniyetmələr arasında həndbol yarışı başa çatıb
Yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan həndbol yarışı başa çatıb.

İki qrupda dairəvi sistem üzrə keçirilən yarışların finalında 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Şirvan”ı 13:2, “Mingəçevir” həndbolçuları 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) təmsilçilərini 9:7 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra RİOEUGİM-in komandası yarışın qalibi adını qazanıb. “Şirvan” ikinci, “Mingəçevir” klubu isə üçüncü pillədə qərarlaşıb. İlk üç yeri tutan komandalara respublika Gənclər və İdman Nazirliyinin diplomları verilib.

İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən yarışlarda şəhər və rayonlardan 8 komanda qalib adı uğrunda mübarizə aparıb.

Xəbər 841 dəfə oxundu.