Badminton üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 12 nömrəli orta ümumtəhsil məktəbinin idman zalında 2003-2004-cü il təvəllüdlü oğlanlar və qızlar arasında badminton üzrə paytaxt birinciliyi keçirilib.

Qızlar arasında Nigar Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ləman Lalayeva gümüş, Nərmin Şərifova isə bürünc medala sahib olublar.

Oğlanların mübarizəsində Aqil Qəbilov, Rəvan Niftəliyev və Zaur İsazadə fəxri kürsüdə yer alıblar.

Yarışın qalibləri Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1430 dəfə oxundu.