Güləşçilərimiz Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
Aprelin 20-dən 22-dək Qazaxıstanın Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnir keçiriləcək.

Turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü iştirak edəcək.

Məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (59 kq), Azad Əliyev və Rövşən Tağıyev (hər ikisi 66 kq) turnirdə mübarizə aparacaqlar.

Xəbər 1225 dəfə oxundu.