Azərbaycan millisi UEFA İnkişaf turnirində ilk oyununu keçirib
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində aprelin 17-də ilk oyununu keçirib.

Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 1:3 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Nigar Mirzəliyeva vurub.

Aprelin 19-da keçiriləcək növbəti oyunda futbolçularımızın rəqibi Monteneqro yığması olacaq.


Xəbər 542 dəfə oxundu.