Bakı məktəbliləri arasında voleybol üzrə turnirə yekun vurulub
Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin idman zalında Bakı məktəbliləri arasında voleybol (qızlar) üzrə turnir keçirilib.

Paytaxt məktəblərinin VII–IX sinif şagirdlərinin iştirakı ilə keçirilən yarışın nəticəsinə görə, Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası birinci olub. Xətai rayonu 138 nömrəli tam orta məktəbin komandası ikinci, Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin kollektivi isə üçüncü pillədə qərarlaşıblar.

Yarışın bağlanış mərasimində Baş İdarənin baş məsləhətçi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda ilk üç yeri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 590 dəfə oxundu.