“Shamkir Chess-2017” şahmat turnirinin reytinq favoriti Bakıya gəlib
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” şahmat turnirinin reytinq favoriti Uesli So Bakıya gəlib.

Bir müddət əvvəl ABŞ çempionatında qələbə qazanan Filippin əsilli şahmatçı bu gün yarışın keçiriləcəyi Şəmkirə yollanacaq.

Qeyd edək ki, FİDE reytinqində 2822 xalla ikinci pillədə qərarlaşan Uesli So ötən il Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ABŞ yığmasının heyətində qızıl medal qazanıb.

Xəbər 689 dəfə oxundu.