“Qəbələ” klubu U-16 Liqasının 2016/2017-ci il mövsümünün qalibi olub
Futbol üzrə U-16 Liqasının 2016/2017-ci il mövsümünə yekun vurulub.

“Qəbələ” çempionatın sonuncu – XXII turunda “Neftçi”ni qəbul edib. Bu matçadək “qırmızı-qaralar” 49 xalla 1-ci, paytaxt təmsilçisi 48 xalla 2-ci pillədə qərarlaşıb. Qızıl medalların taleyi baxımından böyük önəm daşıyan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Bu nəticə turdan əvvəl 47 xala malik “Vətən”ə də çempionluq şansı yaradıb. Lakin “Sumqayıt”la görüşdə 0:2 hesabı ilə məğlub olan bakılılar 3-cü pillədə qalıb. Əlli xal toplayan “Qəbələ” mövsümün çempionu adına yiyələnib.

Matçdan sonra mükafatlandırma mərasimi keçirilib, komandaya çempionluq kuboku təqdim edilib.

Xəbər 576 dəfə oxundu.