İslam Həmrəyliyi Oyunları zamanı “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışacaq
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, Azərbaycanda keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına “Azərsu” ASC də hazırlıqlarını görür. Bizim Formula-1, Bakıda keçirilən birinci Avropa Oyunları, “Eurovision” yarışlarından təcrübəmiz var. İslam Həmrəyliyi Oyunları zamanı da bu təcrübələrimizdən yararlanacağıq.

“Tərəfimizdən qərargah və xüsusi işçi qrupu yaradılıb. İslam Həmrəyliyi Oyunları zamanı gücləndirilmiş iş rejimində çalışacağıq. Öhdəmizə düşən vəzifələr obyektlərin, idman oyunları keçirilən ərazilərin, otellərin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərini yüksək səviyyədə təmin etməkdir. Artıq hansı ərazilərdə idman yarışlarının keçiriləcəyi və qonaqların qalacağı məkanlar ilə bağlı məlumatımız var. Bu ərazilərin su təchizatı sistemləri və tullantı suları xətləri tərəfimizdən yoxlanılıb. Yarış keçirilən günlərdə də daim nəzarətdə saxlayıb, hər hansı gözlənilməz problem yaşanacağı təqdirdə dərhal həll edəcəyik”, - deyə A.Cəbrayıllı vurğulayıb.

Həmçinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, yarış zamanı iş rejiminin dəyişdirilməsi ilə bağlı məsələ də qarşımıza qoyulub. Bunu Avropa oyunları zamanı tətbiq etmişdik. İslam Həmrəyliyi Oyunlarında da nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün iş vaxtını Nazirlər Kabinetinin qərarına uyğun olaraq dəyişdirəcəyik.


Xəbər 596 dəfə oxundu.