Gəncədə ilk dəfə futnet üzrə turnir təşkil olunub
Gəncədə ilk dəfə futnet üzrə turnir təşkil olunub.

Yeni yaradılan Azərbaycan Futnet Assosiasiyasının təşəbbüsü ilə keçirilən turnir “Gəncə kuboku” adlanıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin ev sahibliyi etdiyi yarışda 8 komanda çıxış edib. Açıq xarakter daşıyan turnirdə Nizami yurdunun təmsilçiləri ilə yanaşı, Tovuz kollektivləri də qüvvələrini sınayıblar.

Azərbaycan Futnet Assosiasiyasının baş katibi Əfqan Həmzəyev bildirib ki, yarışları regionlarda və Bakıda keçirməkdə məqsəd ayaq tennis oyunu olan futneti təbliğ etmək, populyarlıq qazanmasına nail olmaqdır.

Qeyd edək ki, “Gəncə kuboku”nun mükafatçısı olan komandalar mayın sonlarında Bakıda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.

Xəbər 534 dəfə oxundu.