1/4 finalın başlama vaxtı müəyyənləşdi
Azərbaycan kuboku uğrunda yarışların 1/4 final mərhələsinin oyunlarının başlama vaxtı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu ilin matçları 3 müxtəlif vaxtda keçiriləcək. Paytaxtdan kənarda 2 qarşılaşma baş tutacaq. 1 saat sonra paytaxt derbisi, ən sonda isə günün ən böyük maraq kəsb edən “İnter” – “Xəzər Lənkəran” görüşü start götürəcək.

14 mart (çərşənbə)

14:00. "Qəbələ" - "Qarabağ"
Qəbələ şəhər Böyük Əmili qəsəbə stadionu

14:00. "Kəpəz" - "Neftçi"
Gəncə şəhər stadionu

15:00. "Bakı" - AzAL
"Bakı" klubunun təlim-məşq bazasının stadionu

16:00. "İnter" - "Xəzər Lənkəran"
"Şəfa" stadionu

Xəbər 1039 dəfə oxundu.