Azərbaycan birinci divizionunda mart ayında vurulan ən gözəl qolun müəllifi mükafatlandırılıb
Futbol üzrə Azərbaycan birinci divizionunda mart ayında vurulan ən gözəl qolun müəllifi Orxan Qurbanlı (“Səbail”) mükafatlandırılıb.

Gənc oyunçuya mükafat “Zaqatala”–“Səbail” oyunundan əvvəl təqdim olunub. O.Qurbanlıya mükafatı Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.

Qeyd edək ki, PFL Azərbaycan Premyer Liqası ilə yanaşı birinci divizionun işıqlandırılmasına da xüsusi diqqət ayırır

Xəbər 567 dəfə oxundu.