"Neftçi İdman Klubu"nun döyüşçüləri ölkə çempionatında uğurla çıxış ediblər
Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən pankration, qraplinq və MMA idman növləri üzrə Azərbaycan çempionatı başa çatıb. Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 400-dən artıq idmançı qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu”nun təmsilçiləri ölkə çempionatının 36 medalına (11 qızıl, 14 gümüş, 11 bürünc) sahib olublar.

Pankrationçulardan Orxan Əsgərov (34 kq), Hüseyn Oruclu (42 kq), İbrahim Cəfərov (46 kq), Sübhan Məcidov (58 kq), Həsən Əliyev (59 kq), Qurban Məmmədov (62 kq), Abdulla Məmmədov (71 kq), Vüqar Məmişov (77 kq) və Kəmaləddin Vəliyev (77 kq-dan yuxarı) bütün döyüşləri qələbə ilə yekunlaşdıraraq çempion adını qazanıblar.

Qraplinq idman növündə isə Həsən Əliyev (59 kq) və Ehtiram Dərişov (62 kq) respublika çempionatının qızıl medallarına sahib olublar.

Qeyd edək ki, klubun pankrationçuları ümumi komanda hesabında birinci yeri tutublar.


Xəbər 521 dəfə oxundu.