On doqquz yaşadək futbolçularımız yoldaşlıq oyununda Makedoniya ilə qarşılaşacaqlar | |
Futbol üzrə U-19 Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununa çıxacaq. Futbolçularımız müvafiq yaş qrupu üzrə Makedoniya yığması ilə qarşılaşacaqlar. Bu görüş komandalar arasında sayca ikinci yoldaşlıq oyunu olacaq. Saat 17:00-da “Dalğa Arena”da başlayacaq oyunu baş hakim Ziya Nəsirov idarə edəcək. Komandalar arasında ilk oyunda Makedoniya millisi 1:0 hesab ilə qələbə qazanıb. |
|
Xəbər 580 dəfə oxundu. |
|
|