“Bakı-2017”nin futbol yarışında çıxış edəcək yığmamızın ilkin heyəti açıqlanıb
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında ölkəmizi təmsil edəcək 23 yaşadək futbolçulardan ibarət yığma komandamızın ilkin heyəti məlum olub.

Millimizin ilkin heyətinə Məqsəd İsayev, Maksim Vaylo, Ruslan Abışov, Rahil Məmmədov, Fəhmin Muradbəyli (hamısı “Neftçi” komandası), Mirabdulla Abbasov, Yusif Nəbiyev, Tərlan Əhmədli, Nicat Muxtarov, Azər Salahlı, Bəhlul Mustafazadə (hamısı “Sumqayıt”), Şahrudin Maqomedaliyev, Elşən Abdullayev, Mahir Mədətov, Coşqun Diniyev, Ağabala Ramazanov (hamısı “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov, Tellur Mütəllimov, Qismət Alıyev (hamısı “Qəbələ”) Vüsal İsgəndərli, Elvin Məmmədov, Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (beşi də “Zirə”), Kamal Mirzəyev (“AZAL”), Azad Kərimov, Orxan Əliyev (ikisi də “Kəpəz”), Abbas Hüseynov, Rauf Əliyev (hər ikisi “İnter”), Emil Balayev (“Səbail”), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Elnur Cəfərov (“Dugopolye”, Xorvatiya), Ziya Əzizov (“Den Boş”, Hollandiya), Ozan Can Kokcu (“Feyenoord”, Hollandiya), Dmitri Nağıyev (“FC Dnipro”, Ukrayna), Taşkın İlter (“Dənizlispor”, Türkiyə) daxil ediliblər.

Qeyd edək ki, son siyahı aprelin 25-dən sonra açıqlanacaq.

Xəbər 816 dəfə oxundu.