Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.

Turnirdə Azərbaycan ilə yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparırlar.

Yarışın birinci günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan gücünü sınayır.

Turnirin açılış mərasimi aprelin 13-də saat 17.00-da keçiriləcək.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Xəbər 706 dəfə oxundu.