Ölkə kuboku “Dalğa Arena”da keçiriləcək
Futbol üzrə Azərbaycan kubokunun final oyununun keçiriləcəyi yer müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, 2011/12 mövsümündə kubokun qalibinin adına AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”dakı matçda aydınlıq gələcək. Həlledici qarşılaşma əvvəlcədən açıqlanan tarixdə - mayın 17-də keçiriləcək. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlanmasından sonra, Azərbaycan milli komandaları da öz ev oyunlarını “Dalğa Arena”da keçirir.

Xəbər 954 dəfə oxundu.