“Kəpəz”in istirahəti başa çatdı
Topaz Premyer Liqasının XXVI turunda Gəncədə “Qəbələ” ilə görüşəcək “Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına start verib. Bakıda hazırlaşan komandanın ilk məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında olub.
Bu gün keçirilən çalışmalarda yüngül zədəsi olan Dario Frederiko iştirak etməyib. Braziliyalı sabahdan komandaya qoşulacaq.

“Sarı-göylər” aprelin 13-ü və 14-də “İnter Arena”da məşq edəcəklər. Hazırlıq prosesləri saat 10:30-da başlayacaq. Nizami yurdunun təmsilçisi oyundan öncəki son məşqini doğma meydanda keçirəcək.

Xəbər 580 dəfə oxundu.