Sambo üzrə ölkə çempionatına yekun vuruldu

Martın 10-11-də kişilər arasında sambo üzrə respublika çempionatı keçirilib. Sambo üzrə yığma komandanın baş məşqçisi Mübariz İbrahimovun idman.com.az saytının verdiyi məlumata görə, ölkə çempionatında paytaxt və regionlardan 40 komandanın tərkibində 200-ə yaxın samboçu 9 çəki dərəcəsində qüvvəsini sınayıb.
Yekun nəticələrə görə, İslam Cabbarov (52 kq), İslam Qasımov (57 kq), Cavidan Qarayev (62 kq), İsmayıl Hüseynov (68 kq), Zülfüqar Quliyev (74 kq), Elçin Ramazanov (82 kq), Asif Zəfərbəyov (90 kq), Mehdi Canəliyev (100 kq), Anar Əliyev (+100 kq) respublika çempionu adını qazanıblar.

Xəbər 2326 dəfə oxundu.