Futbol üzrə Argentina millisinin baş məşqçisi istefaya göndərilib
Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Edqardo Bauza istefaya göndərilib.

Bu barədə məlumatı Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia mətbuata bildirib.

Əlli doqquz yaşlı mütəxəssisin rəhbərliyi dövründə Argentina millisi futbol üzrə 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində 8 oyundan cəmi 11 xal toplayıb. Hazırda Argentina yığma komandası 22 xalla qrupda beşinci sıradadır.

E.Bauza ötən ilin avqustunda Argentina yığmasının Amerika kubokunun finalında məğlubiyyətindən sonra bu postda Herado Martinonu əvəzləmişdi.

Xəbər 807 dəfə oxundu.