Kişi həndbolçularımız Ukraynanın “Şaxtyor” komandasına qalib gəliblər
Ukraynanın Zaporojye şəhərində kişilər arasında həndbol üzrə beynəlxalq turnir davam edir.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, kişilərdən ibarət yığmamız ilk görüşdə Ukraynanın “Şaxtyor” komandasını 35:31 hesabı ilə məğlub edib.

Yarışda Azərbaycan milli komandasının rəqibləri Ukraynanın “Şaxtyor”, “ZTR-Zaporojye”, “Xorta”, “Energetik”, “ZAS-Zaporojye” klublarıdır.

Turnirə aprelin 16-da yekun vurulacaq.


Xəbər 654 dəfə oxundu.