Azərbaycan idmançısı kyokuşin karate üzrə Avropa çempionu adına sahib olub
Azərbaycan idmançıları kyokuşin karate üzrə Danimarkada keçirilən Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıblar.

35 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı yarışda təmsilçimiz Emin İsmayılov 65 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb. Eyni çəki dərəcəsində daha bir həmyerlimiz Valeh Cəfərov çempionatın bürünc medalını qazanıb.

Xəbər 645 dəfə oxundu.