“Zirə”-“İnter” oyununda qalib müəyyənləşməyib
Aprelin 10-da Topaz Premyer Liqasının XXV turunun ikinci günündə “Zirə” klubu “İnter”i qəbul edib.

Baş hakim Ramil Diniyevin idarə etdiyi matçın 12-ci dəqiqəsində Rauf Əliyev “İnter”i hesabda irəli çıxarıb. İlk hissənin 19-cu dəqiqəsində Riçard Qadze hesabı bərabərləşdirib – 1:1. Oyunun ilk yarısı bu hesabla başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ikinci hissəsində hesab dəyişməyib və oyun 1:1 hesabı ilə başa çatıb.

Bu oyundan sonra “İnter” 43 xalla turnir cədvəlində üçüncü, “Zirə” isə 32 xalla dördüncü pillədədir.

Topaz Premyer Liqasının XXV turuna “AZAL”-“Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Xəbər 555 dəfə oxundu.