İsmayıllı Olimpiya Kompleksində həndbol üzrə final yarışları keçiriləcək
Aprelin 12-də İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə final yarışlarına start veriləcək.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, yarışlarda Bakı (2 saylı RİOEUGİM və 12 saylı İOEUGİM) ilə yanaşı, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Göygöl, Qazax, Astara rayonlarından olan 2004-2005-ci il təvəllüdlü oğlanlar mübarizə aparacaqlar.

Aprelin 17-dək davam edəcək yarışlar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

Yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri təqdim olunacaq.

Xəbər 709 dəfə oxundu.