Avropa çempionu, dünyanın aparıcı şahmatçısı Vüqar Həşimovun xatirəsi Moskvada yad ediləcək
Mayın 13-də Moskvadakı Millətlər Evində Avropa çempionu, dünyanın aparıcı şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq açıq turnir keçiriləcək.

Turnir “Azərbaycan mədəniyyətinin inkişafı və dirçəlişi” fondunun, Ümumrusiya Azərbaycan Konqresinin Moskva Regional Bölməsinin və Vüqar Həşimov adına Fondun təşkilatı dəstəyi ilə baş tutacaq.

Turnirdə iştirak etmək üçün ərizə qəbulu az-kultura@mail.ru ünvanlı elektron poçt vasitəsi ilə həyata keçirilir.

Xəbər 622 dəfə oxundu.