Futbol üzrə aşağı yaş liqalarının muxtar respublika zona birinciliyinə yekun vurulub
Futbol üzrə aşağı yaş liqalarının muxtar respublika zona birinciliyinə yekun vurulub. Birincilik Şərur Olimpiya-İdman Kompleksinin stadionunda keçirilib.

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Coca-Cola Məktəbli Kuboku” uğrunda 8 komandanın, liqalar üzrə isə 45 komandanın iştirak etdiyi oyunda “Coca-Cola Məktəbli Kuboku”nun qalibi Şərur rayon komandası, liqalar üzrə keçirilən yarışda isə U-10 yaş qrupunda Şərur rayon komandası, U-11 yaş qrupunda Kəngərli rayon komandası, U-12 yaş qrupunda DİN “Darıdağ” komandası, U-13 və U-14 yaş qruplarında Naxçıvan şəhər komandası I yerə layiq görülüblər.

Qalib komandalar aprelin 14-20-də Bakıda keçiriləcək Azərbaycan çempionatının final mərhələsində iştirak edəcəklər.

Xəbər 591 dəfə oxundu.