Cüdoçularımız Antalya Qran-Prisində daha bir bürünc medal qazanıblar
Antalyada keçirilən cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. Turnirin sonuncu günündə Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

100 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov Antalya Qran-Prisində millimizə üçüncü bürünc medalı qazandırıb.

Daha əvvəl Hidayət Heydərov (73 kq) və Nəzakət Əzizova (52 kq) bürünc medallara sahib olublar.

Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 kişi, 97 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunub.

Xəbər 1277 dəfə oxundu.