Kişi həndbolçularımız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
Aprelin 10-dan 16-dək Ukraynada həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından verilən xəbərə görə, yarışda həndbol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası iştirak edəcək.

Baş məşqçi Hikmət Abdullayev və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə komandamız aprelin 9-da Ukraynanın Zaparoje şəhərinə yollanıb.

Xəbər 650 dəfə oxundu.