Premyer Liqa: “Qarabağ”-“Qəbələ” matçı start götürüb
Aprelin 9-də Topaz Premyer Liqasının 25-ci turunun ikinci matçında liderlər qarşılaşır.

Tofiq Bəhramov adına Respublika Stadionunda çempionatın lideri Ağdamın “Qarabağ” klubu ikinci pillədə qərarlaşan “Qəbələ”ni qəbul edir. Hazırda komandalar arasında 4 xallıq fərq var.

Bu görüşdə qələbə qazanacağı təqdirdə ağdamlılar çempionluğa doğru böyük addım atmış olacaqlar. “Qəbələ”yə gəldikdə isə, bu komanda rəqibini məğlub etməklə xal fərqini 1-ə endirməli və növbəti turlarda “Qarabağ”ın xal itirməsini gözləməlidir.

Xəbər 616 dəfə oxundu.