Premyer Liqa: “Neftçi” Gəncədən xalsız qayıdır
Aprelin 9-də Topaz Premyer Liqasında 25-ci tura start verilib.

Turun ilk qarşılaşmasında avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Kəpəz” ilə “Neftçi” Gəncədə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın taleyini on bir metrlik zərbələr həll edib. “Kəpəz”in futbolçusu T.Axundov Bakı futbolçularını iki dəfə penaltidən cəzalandırıb.

Beləliklə, rəqibinə 2:0 hesabı ilə qalib gələn “Kəpəz” xallarının sayını 27-yə yüksəldərək turnir cədvəlində “Neftçi”ni qabaqlayıb.

Günün digər matçında liderlər qarşılaşacaq. İkinci pillədə qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək.

Xəbər 562 dəfə oxundu.