“Kəpəz” Gəncədə məşqə çıxdı
Sabah Topaz Premyer Liqasında XXV turun oyunlarına start veriləcək. Turun ilk oyun günündə “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək.
“Sarı-göylər” tarixi derbiyə hazırlığın əsas hissəni Bakıda keçirib. Bu gün Nizami yurduna gələn komanda matç öncəsi son məşqinə görüşə ev sahibliyi edəcək arenada çıxıb. Hazırlıq prosesi təxminən 45 dəqiqə sürüb.

Məşq mətbuat və azarkeşlər üçün açıq olub. “Kəpəz”in heyətində zədəli və ya cəzalı futbolçu yoxdur.

Xəbər 588 dəfə oxundu.