Rəsul Çunayev Bolqarıstanda beynəlxalq turnirin finalında mübarizə aparacaq
Bolqarıstanda Dan Kolovun və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirin birinci günündə ilk finalçımız bəlli olub.

Rəsul Çunayev (71 kq) yarımfinalda macarıstanlı sonuncu dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Qırğızıstan təmsilçisi olacaq.

Digər güləşçimiz Taleh Məmmədov (59 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Xəbər 629 dəfə oxundu.