Binəqədi rayon məktəbliləri “Olimpiya Hərəkatı” layihəsində həvəslə iştirak edirlər
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Binəqədi rayonu üzrə voleybol, basketbol və badminton yarışlarının qalibləri müəyyən olunub.

“Voleybol” idman növü üzrə 248 nömrəli tam orta məktəbin komandası birinciyə, 284 nömrəli tam orta məktəbin komandası ikinciyə, 267 nömrəli məktəb-liseyin komandası üçüncü yeri tutublar. “Basketbol” idman növü üzrə birinci yerə 126 nömrəli tam orta məktəbin komandası, ikinciyə 299 nömrəli məktəb-liseyin komandası, üçüncü yerə 267 nömrəli məktəb-liseyin komandası sahib olublar. “Badminton” idman növü üzrə isə ilk yerə 102 nömrəli tam orta məktəbin komandası, 248 nömrəli tam orta məktəbin komandası ikinci yerə, 276 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.

Qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılıblar.











Xəbər 819 dəfə oxundu.