Azərbaycan cüdoçusu Antalyada keçirilən Qran-Pridə bürünc medal qazanıb
Antalyada cüdo üzrə Qran-Pri yarışına start verilib. Azərbaycan milli komandasının da iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb.

Qadın təmsilçilərimizdən 52 kiloqram çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qardaş ölkədə bürünc medal qazanıb. Aişə Qurbanlı (48 kq) isə beşinci olub.

Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.

Qran-Pri turnirinə aprelin 9-da yekun vurulacaq.

Xəbər 971 dəfə oxundu.