FIFA ötənilki fəaliyyətinin yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb
FIFA ötənilki fəaliyyətinin yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.

FIFA ötən il 369 milyon dollar zərər edib.

Hesabatda zərərin ötən il korrupsiya qalmaqalları, islahatlar və rəhbərliyin dəyişməsi prosesində baş verdiyi bildirilib. Lakin FIFA-nın tezliklə bu zərəri aradan qaldıracağı ifadə olunub. FIFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında əldə edəcəyi gəlirlərlə bu zərəri aradan qaldırmağı nəzərdə tutur.

Xəbər 692 dəfə oxundu.