IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Azərenerji” ASC tərəfindən texniki tədbirlər görülüb
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Azərenerji” ASC tərəfindən texniki tədbirlər görülüb. Enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyanın tətbiqi və sair görülmüş işlər sayəsində enerji dayanıqlılığı və təhlükəsizliyi tam təmin edilib.

“Azərenerji” ASC olaraq, həmişə olduğu kimi IV İslam Həmrəyliyi Oyunları zamanı da üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə hazırdır. Bununla əlaqədar, texniki tədbirlər əvvəlcədən görülüb. Rəhbər işçilərdən ibarət növbətçilik cədvəli tərtib edilib və elektrik xətlərinin mühafizəsi gücləndirilib. Təchizatçılar tələbatlarına uyğun fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin ediləcək.

Xəbər 506 dəfə oxundu.