Fəridə Əzizova: “Bakı-2017-nin taekvondo yarışlarında güclü idmançılar mübarizə aparacaqlar”
IV İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarında güclü idmançılar mübarizə aparacaqlar. Üstəlik, idmanın bu növü üzrə qaydalarda dəyişikliklər edilib. Hətta çox yüngül toxunuşda da xal hesablanır. Buna görə də idmançılarımız yarışlarda son dərəcə diqqətli olmalı, qarşılaşmalara ciddi hazırlaşmalıdırlar.

Bu fikirləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, taekvondoçu Fəridə Əzizova deyib.

İdmançı bildirib: “Bu yarışda İslam ölkələrindən güclü, titullu rəqiblərimiz çox olacaq. Onlara qarşı ciddi hazırlaşırıq. Rio Olimpiadasında taekvondo komandamız üç medal qazanıb. Ona görə də IV İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışında da medalların əyarlarının yüksək olacağını düşünürük. Həmçinin birinci Avropa Oyunlarının nəticələrinə baxsaq, bir daha əmin ola bilərik ki, İslamiadada da qızıl medallar qazanacağıq”.

Xəbər 882 dəfə oxundu.