3 şahmatçımız qələbə qazandı
Türkiyənin Qaziantəp şəhərində qalınlar arasında Avropa çempionatının 9-cu turu keçirilib. İdman.com.az saytının məlumatına görə, serbiyalı Nataşa Boykoviçə qalib gələn Gülnar Məmmədova 5,5 xalla 18-ci pilləyə yüksəlib. Türkiyəli Hilal Öztürkü üstələyən Zeynəb Məmmədyarova 5 xalla 42-ci pillədə qərarlaşıb. Türkan Məmmədyarova Nərgiz Umudovanı məğlub edərək, 4,5 xalla 60-cı yerə qalxıb.

Xəbər 1058 dəfə oxundu.