“Bakı-2017”də kişilər arasında həndbol yarışında rəqiblər müəyyənləşib
Aprelin 6-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının püşkü atılıb.

Püşk Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Azərbaycan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb.

Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq.

Həndbol yarışlarının “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yarışacaqlar.

Xəbər 668 dəfə oxundu.