Georgi Nikolov: «Sadəcə, dəyişən hesab idi»
Unibank Premyer Liqasının ilk «altılığ» mərhələsində səfərdə «Bakı» klubunu 1:0 məğlub edən «İnter», yarış cədvəlində lider «Neftçi» ilə arasındakı xal fərqini birə endirdi. Görüşdən sonra məmun görünən «bankçılar»ın prezidenti Georgi Nikolov idman.com.az saytına açıqlamasında deyib ki, bu qələbə ilə bir həftə əvvəl, ilkin mərhələ çərçivəsində keçirilmiş səfər görüşündəki məğlubiyyətin əvəzini çıxıblar: «Eynilə bir həftə öncəki oyunu nümayiş etdirdik. Sadəcə, dəyişən hesab idi. Nəticədən razıyam. Əla matç oldu. Düzdür, hər 2 komanda edə də qol imkanı yartmadı. Ola bilsin, burada sərt hava öz işini gördü».

KAMRAN

Xəbər 1140 dəfə oxundu.