“Qarabağ” klubu Azərbaycan kubokunun final mərhələsinə yüksəlib
Aprelin 5-də Tofiq Bəhramov adına stadionda futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” klubu paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşıb.

Baş hakim Əliyar Ağayevin idarə etdiyi matç qarşılıqlı hücumlar şəraitində keçsədə görüşdə hesab açılmayıb. Qeyd edək ki, bu komandalar arasında ilk yarımfinal qarşılaşması “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İki oyunun nəticəsinə görə “Qarabağ” final mərhələsinə adlayan komanda olub.

Azərbaycan kubokunun final qarşılaşması mayın 5-də “Qəbələ” və “Qarabağ” klubları arasında oynanılacaq.

Xəbər 580 dəfə oxundu.