Formula-1 Azərbaycan Qran-prisinə 47 ölkədən bilet alınıb
Formula-1 Azərbaycan Qran-prisinə artıq 47 ölkədən bilet alınıb.

Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

N.Arpadarai bildirib ki, bilet alan ölkələrin sırasında Rusiya, Böyük Britaniya, Ukrayna və ərəb ölkələrindən olan idmansevərlər üstünlük təşkil edirlər. Bu il ilk dəfə Nepal, Dominikan Respublikası və s. ölkələrdən də biletlər alınıb. Bu da Formula-1-in kifayət qədər sevilən idman yarışı olmasının göstəricisidir.

“Azərbaycan vətəndaşları da bilet alışında fəaldırlar. Keçən il onlar biletləri daha çox satış nöqtələrindən alırdılarsa, bu il onlayn qaydada almağa üstünlük verirlər”, - deyə N.Arpadarai qeyd edib.

Xəbər 547 dəfə oxundu.