Azərbaycan gimnastları yazıçı Çingiz Abdullayevlə görüşüblər
Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN-klubun prezidenti Çingiz Abdullayev Milli Gimnastika Arenasında gimnastlarla görüşüb.

örüşdə yazıçı özü barəsində danışıb, görüş iştirakçılarının karyera barədə suallarına cavab verib, həyatında baş vermiş maraqlı əhvalatları bölüşüb, başlıca prinsip və dəyərlərindən, habelə gimnastikaya münasibətindən bəhs edib.

Ç.Abdullayev deyib: “Bilirsiniz, mənim üçün gimnastika musiqi ilə assosiasiya yaradır. Burada estetika və gözəllik elementləri var. Bir çox insanlar gimnastika ilə idman xatirinə deyil, estetik zövq almaq üçün məşğul olurlar. Gimnastika sadəcə idman deyildir. İdmanın başqa növlərində olan qələbə meyarları burada yoxdur. Məsələn, futbolda qol vurdun və qalib gəldin, gimnastikada isə subyektivlik var”.

Sonda yazıçı gənc gimnastlara avtoqraflar paylayıb. Gimnastlar da yazıçının qarşıdan gələn ad günü münasibətilə ona hədiyyələr təqdim ediblər.

Xəbər 1092 dəfə oxundu.