UEFA-nın İcraiyyə Komitəsinə növbəti seçkilər keçirilib
Bu gün Helsinkidə UEFA-nın 41-ci Konqresi keçirilir. Tədbir çərçivəsində qurumun İcraiyyə Komitəsinə seçkilər olub.

Növbəti dördillik müddətə İcraiyyə Komitəsinə səkkiz üzv - Karl-Erik Nilsson (İsveç), Con Dileyni (İrlandiya), Mikele Uva (İtaliya), Zbiqnev Bonek (Polşa), Raynhard Qrindel (Almaniya), Devid Hill (İngiltərə), Mixael van Praaq (Hollandiya) və Servet Yardımçı (Türkiyə) seçiliblər. Namizədlərdən biri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov olub. O, 24 səs toplayıb, amma səkkizlik arasında yer ala bilməyib. Armand Duka (Albaniya), Marios Lefkaritis (Kipr) və Kiran O`Konnor (Uels) da İcraiyyə Komitəsinə seçilməyiblər.

Sonra FIFA Şurasına UEFA nümayəndələri seçilib.

Qeyd edək ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov da Konqresdə iştirak edirlər.

Xəbər 560 dəfə oxundu.