Helsinkidə UEFA-nın 41-ci Konqresi keçirilir
Aprelin 5-də Helsinkidə UEFA-nın 41-ci Konqresi işə başlayıb.

İclasda UEFA prezidentinin və İcraiyyə Komitəsinin hesabatları dinləniləcək, qurumun illik büdcəsi müzakirə ediləcək. Konqresdə, həmçinin UEFA-nın prezidenti, İcraiyyə Komitəsinin üzvlüyü vəzifələrinə, eləcə də FIFA Şurasında Avropanı təmsil edəcək üzvlərlə bağlı seçkilər keçiriləcək, təşkilati məsələlərə baxılacaq.

Konqresdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edirlər.

AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Xəbər 517 dəfə oxundu.