Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. Baş tutacaq cavab oyunlarından sonra finalçıların adlarına aydınlıq gələcək.

Günün ilk oyunu "Qəbələ" ilə "İnter" klubları arasında Qəbələdə saat 16:30-da keçirələcək.

İkinci oyun isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Burada "Qarabağ" "Neftçi"ni sınağa çəkəcək. Bu görüşün start fiti isə saat 19:30-da səslənəcək.

Xəbər 611 dəfə oxundu.