Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat gəlib
Beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən məsul oyuna təyin edilib.

Belə ki, E.Əliyev kişi voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nı idarə edəcək 4 hakimdən biri olacaq. Bu isə Azərbaycan voleybol tarixində ilkdi. Çünki indiyədək belə mötəbər turnirin həlledici oyunlarında azərbaycanlı referi olmayıb.

Qeyd edək ki, CEV İtaliyanın paytaxtı Romada keçiriləcək qarşılaşmalar aprelin 29-30-da olacaq.

Xəbər 588 dəfə oxundu.