Ağsuda şəhidin xatirəsinə həsr olunan şahmat yarışı keçirilib
Aprel döyüşlərində şəhid olan Ağsu rayonunun Bico kənd sakini Toğrul Fərəczadənin xatirəsinə məktəblilər arasında şahmat yarışı keçirilib.

Rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin və şahmat məktəbinin təşkilatçılığı ilə iki yaş qrupunda keçirilən yarışda 50 məktəbli şahmatçı iştirak edib.

İki gün davam edən yarışlar aprelin 4-də başa çatıb. Qaliblərə gənclər və idman idarəsinin diplomları və qiymətli hədiyyələri verilib.

Xəbər 705 dəfə oxundu.